Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistanda musson yağışları nəticəsində 51 nəfər ölüb

15.07.2019 [18:55]

Xəbərin mətni

Hindistanın şimal-şərqində yerləşən 7 ştatda musson yağışları nəticəsində 51 nəfər ölüb, çoxlu sayda insanın itkin düşdüyü bildirilir. Musson yağışlarından daha çox Assam ştatı zərər görüb. Burada 2,6 milyon insan evsiz-eşiksiz qalıb, 11 nəfər həlak olub.