İQTİSADİYYAT


Abadkənd-Kolanı-Xələc-Yenikənd avtomobil yolu yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Salyan rayonunda 17,2 kilometrlik yerli əhəmiyyətli Abadkənd-Kolanı-Xələc-Yenikənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 10 mindən çox əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Salyan-Şirvan avtomobil yolu vasitəsilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.