İQTİSADİYYAT


Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulur

Zərdab rayonunda bu il tərtib olunmuş tədbirlər planına əsasən, icra olunan yol layihələrindən biri 11.4 km uzunluğa malik Zərdab-Qaravəlli avtomobil yolunun yenidən qurulması layihəsidir. Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.