Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Fransa sahillərində güclü tornado

17.07.2019 [00:26]

Fransanın Korsika adası sahillərində güclü tornado olub. Videogörüntüləri sosial şəbəkə istifadəçiləri şəxsi profillərində paylaşıblar. Görüntülərdən su burulğanının Bastia sahilinə yaxınlaşdığı məlum olur. Hadisə ilə bağlı əraziyə güclü  ziyan və xəsarət alanlar haqqında heç bir məlumat verilmir. Amma 3000-dək evin elektrik enerjisiz qaldığı bildirlir.