Mumbayda binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb
17.07.2019 [11:07]
Hindistanın Mumbay şəhərində 100 yaşlı dördmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb. Məlumata görə, 2-si uşaq olmaqla 9 nəfəri xilas etmək mümkün olub. Binanın uçulmasına isə son dövrlər müşahidə edilən musson yağışları səbəb olub