Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 35 dərəcə isti olacaq

17.07.2019 [13:18]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI