Oğuz rayonunda 5 min əhalinin yaşadığı yol yenidən qurulur
17.07.2019 [14:08]
Xəbərin mətni
Oğuz rayonu Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri aparılır.
32 km uzunluğa malik olan avtomobil yolunun 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpası işləri aparılır. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edir.