Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kanadada təyyarə qəzası baş verib

17.07.2019 [13:50]

Kanadanın Nyufaundlend və Labrador əyalətində təyyarə qəzası baş verib. “Haviland Canada DHC-2” hidrotəyyarəsi Mistatin gölünə düşüb. Hadisə nəticəsində hava gəmisinin göyərtəsində olan 7 nəfərdən 3-ü həyatını itirib. 4 nəfərin axtarışları davam edir.