Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antalyada avtobus dərəyə aşdı

18.07.2019 [13:03]

Antalyanın Manavqat rayonunda turistləri aparan avtobus dərəyə aşıb. “Habertürk”ün məlumatına görə, hadisə zamanı beş azərbaycanlı xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.