Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmaz pomidoru Bakı bazarlarına çıxdıqdan sonra qiymət ucuzlaşacaq

18.07.2019 [15:03]

Xəbərin mətni

Xaçmazın pomidor sahələrində bol məhsul yetişib. Rayonda becərilən pomidor bir həftə ərzində kütləvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılacaq. Bundan sonra paytaxt bazarlarında pomidorun qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi gözlənilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI