CƏMİYYƏT


Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Salyan-Şirvan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 47-ci kilometridir. Layihə çərçivəsində torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşası və asfaltlanma işləri aparılır. Yolboyu mövcud suötürücü borular köhnəlib sıradan çıxdığı üçün yenilərinin inşası aparılır. Bunun üçün yola müxtəlif diametrlərə malik 29 ədəd suötürücü dəmir-beton borular quraşdırılır, yolun 15,4-cü kilometrində suötürücü qurğu inşa edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır