İQTİSADİYYAT


İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər

İyulun 19-da İqtisadiyyat nazirinin müavinləri Niyazi Səfərov Qusarda Heydər Əliyev Mərkəzində, Sahib Məmmədov isə Xaçmaz şəhərindəki Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində vətəndaşları qəbul edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.