Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə sel nəticəsində itkin düşən yeddi nəfərdən birinin cəsədi tapılıb

19.07.2019 [16:31]

Türkiyənin Düzce şəhərinin Akçakova rayonunda baş vermiş torpaq sürüşməsi və sel nəticəsində itkin düşən yeddi nəfərdən birinin cəsədi tapılıb. AZƏRTAC xəbər verir ki, hadisədən zərərçəkən 219 nəfər helikopterlər vasitəsilə xilas edilib. İtkin düşmüş digər altı nəfərin axtarışı davam edir.