Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Yunanıstanda güclü zəlzələ olub

19.07.2019 [18:00]

Xəbərin mətni

Yunanıstanın paytaxtı Afinada yerli vaxtla saat 14:13-də baş vermiş güclü zəlzələ nəticəsinə əhali arasında təşviş yaranıb, mobil telefon əlaqəsi kəsilib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Rixter cədvəli üzrə 5,1 bal şiddətində yeraltı təkanların episentri Afinanın şimal-qərbindən 22 kilometr aralıda olub.