CƏMİYYƏT


Azərbaycanda yerli üzüm sortları mikroklonal üsulla çoxaldılacaq

Azərbaycanda şərabçılıq sahəsində milli brendlərin inkişafına imkan verən xammal bazasının formalaşması məqsədilə yeni tədqiqatların aparılmasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının əkin materialları hazırlanacaq. Vaxtilə dünyada şöhrət qazanan yüksək keyfiyyətli məhsulların, markalı şərabların istehsal olunduğu Azərbaycanın nadir üzüm sortları mütəxəssislər tərəfindən labaratoriya şəraitində mikroklonal üsulla çoxaldılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır