Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Ərbildə türk diplomatı öldürən terrorçu tutulub

20.07.2019 [17:59]

İraqın Ərbil şəhərində Türkiyə diplomatını öldürən Mazlum Dağ tutulub. “Hurriyet”in verdiyi məlumata görə, onunla birlikdə daha 4 terrorçu saxlanılıb. Qeyd edək ki, iyulun 17-də İraqın Ərbil şəhərində restorana silahlı hücum nəticəsində Türkiyənin bu şəhərdəki konsulluğunun diplomatı və daha 2 əməkdaşı ölüb.