RƏSMİ


Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Çinə son səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı münasibətlərimizin gələcək inkişafı ilə bağlı səmərəli danışıqların aparıldığını qeyd etdi və bu səfər zamanı 10 mühüm sənədin imzalanmasının və Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğunu dedi.