İQTİSADİYYAT


Lənkəranda bol pomidor yetişib

Lənkəranda açıq sahələrdə pomidor yığımına başlanılıb. Bu günədək artıq 60 ton məhsul tədarük olunub və tələbat da çoxdur. Məhsul respublikanın ayrı-ayrı rayonlarında, həmçinin paytaxtın kənd təsərrüfatı yarmarkalarında satılır. AZƏRTAC xəbər verir ki, Lənkəranın Ürgə kəndi ərazisində mayın axırlarında açıq sahədə 10 hektarda əkilən “Volqoqrad” sortundan olan pomidor şitillərinə lazımi aqrotexniki qulluq göstərilib. Nəticə ürəkaçandır. Artıq sahələrdə bol məhsul var. İyulun əvvəllərindən başlanan yığım 3-4 gündən bir davam etdirilir.