DÜNYA


Xabarovskda çadır düşərgəsində yanğın olub, ölən və yaralananlar var

Rusiyanın Xabarovsk diyarında “Xoldomi” çadır düşərgəsində yanğın nəticəsində bir uşaq ölüb, 10 nəfər yaralanıb. AZƏRTAC xəbər verir ki, yaralı uşaqlardan üçü koma vəziyyətindədir. Yanğın 2,4 kvadratmetr sahəni əhatə edib. Düşərgədə olan 26 çadırdan 20-si yanıb. Ehtimala görə, yanğın çadırlarda qoyulmuş qızdırıcı qurğularda yaranmış nasazlıq səbəbindən baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır