RƏSMİ


Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Luis Antonio Dimate Kardenas fəxri qarovul dəstəsinin qarşısından keçdi. Luis Antonio Dimate Kardenas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.