RƏSMİ


Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Qo Min fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Qo Min etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır