İQTİSADİYYAT


Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38.4 m-lik Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi artıq yenidən qurulub. 2-ci mərhələ üzrə isə hazırda 21.5 km-lik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işlərinə start verilib.