Dənizdə boğulan şəxsi belə xilas etdilər
25.07.2019 [23:36]
Türkiyənin Hatay vilayətində dənizdə batan şəxs ətrafdakıların qeyri-adi üsulu ilə xilas edilib. Belə ki, çimərlikdəkilər bir-birlərinin əlindən tutaraq dalğalarla "mübarizə" aparıb, batan şəxsə kömək ediblər. Həmin anların videosu sosial şəbəkələrdə geniş müzakirə olunub.