İQTİSADİYYAT


Kürdəmirdə 51,2 kilometrlik avtomobil yolları yenidən qurulur

Kürdəmir rayonunda bu il 2 yol infrastrukturu layihəsinin, Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu layihələr 10 minədək vətəndaşın yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən 51,2 kilometrlik avtomobil yollarıdır. Hazırda yeni yolun inşası aparılır. Ümumilikdə, torpaq işlərinin sahəsi Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 370 min kvadratmetr, Şilyan-Qarasu avtomobil yolunda isə 140 min kvadratmetr təşkil edir.