SİYASƏT


Füzulidə şəhid ailələri ilə görüş

Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Füzuli rayonunda şəhid ailələri ilə görüşüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çay süfrəsi arxasında keçirilən görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şəhid ailələri ilə söhbət edib, onların sosial vəziyyəti ilə maraqlanıb, müraciətlərini dinləyiblər.