İQTİSADİYYAT


Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 8,5 faizdən 8,25 faizə endirilməsi barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 26-da keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, faiz dəhlizinin yuxarı həddi 10,25, aşağı həddi isə 6,25 səviyyəsində müəyyən olunub. Qərar iyulun 26-dan qüvvəyə minir.