İQTİSADİYYAT


Bakı-Quba yolunda təmir-bərpa işləri görülür

Tərtib olunmuş qrafikə uyğun AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir-bərpa işləri artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci, 83-70-ci və 28-20-ci km-lik hissələrində aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kv.m-ə yaxındır. Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı km-lik hissələrində təmir-bərpa işləri görülməkdədir. Anoloji işlər yolun əks istiqamətində də aparılır. Burda da yol örtüyünün dağılmış hissələri frezlənir, ardınca isə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir. Bakı-Quba istiqaməti üzrə aparılan bu işlər 7 min kv.m sahədə artıq bitib.