Azərbaycan Dövlət İnformasiya Agentliyi

Filippində daha bir dağıdıcı zəlzələ: 8 ölü, 60 yaralı

27.07.2019 [17:27]

Filippinin şimalında Luzon boğazında sıx məskunlaşmış adaların bəzilərində bu gün bir neçə saat aralı üç güclü zəlzələ baş verib. Zəlzələnin 5.7 bal gücündə olduğu bildirlir. Nəticədə səkkiz nəfər ölüb, 60-a yaxın insan xəsarət alıb, evlərə böyük zərər dəyib. Bu barədə məlumat ABŞ Geoloji Xidmət birosu yayıb.