DÜNYA


Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var

Nyu-Yorkun Bruklin rayonunda atışma olub, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
İnsident Bruklin küçələrindən birində keçirilən şənlik zamanı baş verib.
Polis cinayətkarın axtarışına başlayıb.