“Gənc Heydərçilər” yay istirahət düşərgəsi başa çatıb
29.07.2019 [10:50]
Xəbərin mətni
Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib.
Yeniyetmələr istirahət düşərgəsində olduqları müddətdə Quba-Qusar rayonlarının görməli yerlərinə, muzeylərinə ekskursiyalar təşkil olunub, eləcə də onlar hərbi hissədə əsgərlərin gündəlik həyatı və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.