Sabah paytaxtda 35 dərəcə isti olacaq
29.07.2019 [13:54]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 31-36° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacaq.