CƏMİYYƏT


Göyçayda daha bir yol yenidən qurulur

Göyçay rayonunun Kürd–Şəhadət–Qarabağlar–İkinci Ərəbcəbirli avtomobil yolunda yenidənqurma işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 7,5 kilometrlik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolda uzun illər əsaslı-təmir işləri aparılmadığından yolun örtüyü yararsız vəziyyətə düşmüş və nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranmışdı. Yolun müəyyən hissələrində yol yatağının təbii amillərin təsirindən aşınaraq eni azalmış, çiyin hissələr standartlardan aşağı düşərək yeyilmişdi. Avtomobil yolunun 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulması ilə sadalanan problemlər aradan qaldırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır