Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda bol üzüm yetişib

30.07.2019 [11:57]

Xəbərin mətni

Respublikamızın üzümçülük üzrə ixtisaslaşmış rayonlarından olan Cəlilabadda bir neçə gündür mövsümün nübar yığımına başlanılıb. İyirmidən çox yerli və xarici üzüm sortunun becərildiyi rayonda iki ildir ki, üzüm bağları 1500 hektara qədər artırılıb. Son illər göstərilən xüsusi dövlət qayğısı sayəsində rayonda üzümçülük və onun emal sənayesinin müasir bazar tələbləri səviyyəsində inkişafını təmin etmək məqsədilə yeni süfrə və texniki üzüm sortlarının əkin sahələri genişləndirilir, xarici investorlar cəlb edilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI