İQTİSADİYYAT


Qusarda Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yoluna asfalt vurulur

Qusarda səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun asfaltlanmasına başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun uzunluğu 40 kilometrdir. Yolun Cibir–Həzrə hissəsində 6 kilometr məsafədə asfaltlanma işləri yekunlaşıb. Hazırda asfalt döşənməsi işləri yolun Həzrə- Mucuq istiqamətində aparılır. İki qatdan ibarət yeni asfalt örtüyünün eni 6 metr, qalınlığı isə 12 santimetr təşkil edir.