İQTİSADİYYAT


Sabirabadlı pambıqçı: Bu il məhsuldarlıq ötən ildəkindən də çoxdur

Üç ildir pambıq əkini ilə məşğulam. 2016-cı ildə Sabirabadda dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair keçirilmiş respublika müşavirəsində iştirak etmişəm. Həmin ildən də pambıq əkirəm. Dövlət dəstəyindən də yararlanaraq birinci il 20, ikinci il 100, bu il 200 hektar pambıq əkmişəm.

AZƏRTAC xəbər verir ki, bunu Sabirabadın Sərxanbəyli kəndinin sakini, fermer Dədəkişi Dövlətov deyib.