Temperatur 37 dərəcəyə yüksələcək
31.07.2019 [14:41]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27°, gündüz 33-38° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacaq.