Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

“Emirates” aviaşirkətinə məxsus nəhəng təyyarə London aeroportuna qəfil eniş edib

01.08.2019 [06:27]

"Emirates” aviaşirkətinə məxsus A380 sərnişin təyyarəsi buludların arasından çıxıb London aeroportuna qəfil eniş edib. RT-nin Twitter səhifəsində eniş anlarının yayınlanan videosu böyük marağa səbəb olub.