Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb
01.08.2019 [12:23]
Qazaxıstan bu il Azərbaycana buğda ixracının həcmini 600-700 min tona, 2020-ci ildə isə 1 mln. tona çatdırmağı planlaşdırır. Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib. Səfir qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son 3 ildə təxminən 2 dəfə artıb. Xatırladaq ki, Beybit İsabayevin ölkəmizdəki səfir fəaliyyəti başa çatıb. O, bu vəzifədə 2015-ci ildən işləyirdi.