CƏMİYYƏT


11 min əhalinin istifadə etdiyi kənd yolu əsaslı şəkildə yenidən qurulur - REPORTAJ

Azərbaycanda yol tikintisi geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi planlaşdırılır. Təkcə ötən altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qeyd edib ki, bu istiqamətdə görülən işlər ölkəmizdə yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxarıb.

Yol tikintisinin geniş vüsət aldığı rayonlarımızdan biri də Neftçaladır. Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində rayonun 4 yaşayış məntəqəsini əhatə edən dairəvi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır