Rusiyalı tələbələr İnstagramda layka görə kafe soydular
01.08.2019 [13:52]
Rusiyanın Anqarsk şəhərindən olan 2 tələbə instagramda layk yığmaq xatirinə bir kafedə yalançı soyğun təşkil etdilər. Tələbələrdən biri yalançı tüfənglə müştəri və kafe əməkdaşlarını qorxutdu, digəri isə cib telefonu ilə lentə aldı. Hər iki tələbəni 5 ilədək ya həbs, ya da cərimə gözləyir.