Bakıda Avropa İttifaqı və Kənd Təsərrüfatı Nazirliyinin tvinninq layihəsi təqdim edilib
01.08.2019 [14:51]
Xəbərin mətni
Avqustun 1-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin effektivliyinin və səmərəliliyinin artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova nazirliyin indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirdiyini bildirib. O qeyd edib ki, 20 ildən artıq müddətdə davam edən əməkdaşlığımız geniş təcrübə mübadiləsinə imkan verib.