Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Səkkiz yaşlı qızın bionik qol sevinci

02.08.2019 [03:11]

ABŞ-ın Texas ştatında yaşayan 8 yaşlı Medlin dünyada ilk dəfə olaraq çoxtutacaqlı bionik qola sahib olub. Anadangəlmə dirsəkdən aşağı qolu olmayan Medlin yeni qoluna çox sevinib. Özünün xahişi ilə protez çəhrayı rəngdə hazırlanıb. Bu cür protezlər ilk dəfə olaraq uşaq üçün hazırlanıb.