Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyada meşə yanğınları belə söndürülür - Təyyarədən görüntülər

02.08.2019 [15:29]

Rusiya Müdafiə Nazirliyi Sibirdəki meşə yanğınlarının söndürülməsi ilə bağlı yeni video yayıb. Məlumata görə, İl-76 təyyarələri 18 uçuş edib və yanğın mənbələrinə 756 tonn su töküb. Görüntülərdə bir dəfəyə 42 ton suyun tökülməsi anı əks olunur. 
Sibir meşələrində yanğınlar ümumilikdə 3 milyon hektar ərazini əhatə edir.