CƏMİYYƏT


Kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması inkişaf üçün vacib amillərindəndir

Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə üçüncü şəxslərin vergidən yayınmasına şərait yaradırlar ki, bu da yolverilməzdir. Bu sahədə uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş deyil. Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən amillərdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə avqustun 2-də Xaçmazda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunan görüşdə bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır