İndoneziyada 7 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
02.08.2019 [18:28]
İndoneziyanın Sunami və Yava adalarında 7,4 bal gücündə zəlzələ baş verib. Hökumət dalğaların hündürlüyü 3 metrədək çata biləcək sunami təhlükəsi elan edib.
Qərbi Yava adası əhalisinə evlərini tərk etmək və hündürlüyə çıxmaq tövsiyə olunub.
#BREAKING: Indonesia has issued a tsunami warning after a 7.4 Magnitude quake hit Banten, Lampung, West Java, Bengkulu
— Amichai Stein (@AmichaiStein1) August 2, 2019
pic.twitter.com/VHCWFddSzu
Yeraltı təkanların episentri Sumur-Bantendən 174 kilometr cənub-qərbdə yerin 10 km dərinliyində olub. Zəlzələ ölkənin paytaxtında da hiss edilib. Dağıntılar və itkilər haqqında məlumat verilmir.
Astagfirullah gempa! Posisi saya di kantor berita 1 lantai 11 #gempa pic.twitter.com/B7zPOyw008
— Alfarabi nazriza (@alfarabinazriza) August 2, 2019
Ölkənin Banten, Lampunq, Qərbi Yava və Bengkulu rayonlarında sunami təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsinə başlanılıb. Adalara gəlmiş turistlərin də ərazini tərk etdikləri bildirilir.