RƏSMİ


Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Sivienqpxet Pxetvorasak fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Sivienqpxet Pxetvorasak etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır