Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kaliforniyada çimərlikdə qayanın uçması nəticəsində 3 nəfər ölüb

03.08.2019 [10:20]

ABŞ-ın Kaliforniya ştatında çimərlikdə qayanın uçması nəticəsində azı 3 nəfər ölüb, bir nəfər isə yaralanıb. “Associated Press”in verdiyi məlumata görə, bir qadın hadisə yerində, ikisi xəstəxanada ölüb. Hadisə San-Dieqo şəhərinin şimalında baş verib.