SİYASƏT


Dövlət Sərhəd Xidməti Хəzər dənizində taktiki təlimlər keçirib

İyulun 31-dən avqustun 2-dək “Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunması” mövzusunda taktiki təlimlər keçirilib.

Taktiki təlimlərə cəlb olunmuş sərhəd gözətçi gəmiləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında DSX Sahil Mühafizəsinin Gəmi inşası və təmiri mərkəzində inşa edilib. Gəmilər itisürətli və yüksək üzmə qabiliyyətinə malik olmaqla yanaşı, mükəmməl naviqasiya və radiotexniki avadanlıqla, o cümlədən müasir silahlarla təchiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır