CƏMİYYƏT


Altı ayda Bakıda 624,5 milyon manatlıq qida məhsulları, içki və tütün məmulatları istehsal olunub

Bu ilin 6 ayında paytaxtda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 624,5 milyon manatlıq məhsul istehsal edilib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 89,2 faiz, içki istehsalında 52,5 faiz, qida məhsullarının istehsalında isə 20,4 faiz artım müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır