Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İxtira etdiyi uçan maşını ilə La Manş boğazını keçməyi bacardı

05.08.2019 [09:54]

“Uçan adam” ləqəbli Franki Zapata (Franky Zapata) Fransa və birləşmiş Krallığı birləşdirən La Manş (La Manche) boğazını özünün ixtira etdiyi “Flyboard” uçan maşını ilə keçə bilib. 3 helikopterin müşaiyəti ilə istəyinə nail olmağı bacaran Franki uçan maşının saatda 170 və 180 km-ə çatdığını bildirib. Qeyd edək ki, iyulun 25-də onun eyni cəhdi uğursuz olmuşdu.